Modern.az

Məşhur uşaq inkişaf mərkəzi barədə protokol tərtib edildi

Məşhur uşaq inkişaf mərkəzi barədə protokol tərtib edildi

Ölkə

21 Oktyabr 2024, 11:08

"Məryəm Kids" Uşaq İnkişaf Mərkəzi cərimə edilə bilər.

 

Modern.az-ın məlumatınaa görə, mərkəz barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

İşə Astara rayon Məhkəməsində hakim İlqar Məmmədovun sədrliyi ilə baxılacaq.

 

Protokol təsdiq edilərsə, mərkəzi 20 min manatdan 25 min manatadək məbləğdə cərimə gözləyir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu