Fevral ayında Şəmkirdə 1997-ci il təvəllüdlü Zabil Aslanovu "Kalaşnikov" silahı ilə qətlə yetirməkdə şübhəli bilinən Babək və Bahəddin Bayramlı qardaşlarının işi üzrə ibtidai istintaq yekunlaşıb.
Modern.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar araşdırılması üçün Gəncə Ağır Cinayətlət Məhkəməsinə göndərilib.
İşə hakim Mikayıl Məmmədzadənin sədrlik etdiyi heyət tərəfindən baxılacaq.
Xatırladaq ki, fevral ayında rayonun Şiştəpə kəndində 1997-ci il təvəllüdlü Zabil Aslanov odlu silahdan atəş açılması nəticəsində həyatını itirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən rayon sakini Babək Bayramlı və qardaşı Bahəddin Bayramlı şübhəli şəxs qismində saxlanılıb. Bahəddin Bayramlının avtomobilinə baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” markalı avtomat aşkar olunaraq götürülüb.
İddialara görə, güllələn Zabil Aslanov 2022-ci ildə hadisəni törədən qardaşların atalarını döyüb. Buna görə də Babək Bayramlı və qardaşı Bahəddin intiqam almaq qərərına gəliblər.