Modern.az

Akademiyadan yayılan görüntülərlə bağlı rəsmi açıqlama - VİDEO

Akademiyadan yayılan görüntülərlə bağlı rəsmi açıqlama - VİDEO

Ölkə

22 Oktyabr 2024, 09:48

Ötən gündən başlayan intensiv yağışlar nəticəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) binasında problem yaşanıb. Bu barədə Baku.ws məlumat yayıb.

 

Bildirilib ki, akademiyanın dəhlizində yağış suları tavandan axmağa başlayıb.

 

Modern.az yağışın verdiyi fəsad və görülən tədbirlər barədə məlumat əldə etmək üçün akademiya ilə əlaqə saxlayıb.

 

Qurumdan bildirilib ki, yağış ali təhsil müəssisəsinin binasında böyük fəsada səbəb olmayıb:

 

“Deyildiyi qədər böyük fəsad deyil. Yağışın normadan artıq yağması səbəbi ilə bəzi  narahatlıqlar yaranıb. Onların aradan qaldırılması üçün də işlər görülür”.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu