Modern.az

Universitetin yeməkxanasını su basdı - AÇIQLAMA

Universitetin yeməkxanasını su basdı - AÇIQLAMA

Ölkə

22 Oktyabr 2024, 11:17

Xəzər Universitetinin yeməkxanasını su basıb. Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

 

Modern.az mövzu ilə bağlı ali təhsil müəssisəsi ilə əlaqə saxlayıb.

 

Qurumdan bildirilib ki, yağıntı nəticəsində universitetinin yeməkxanasının ətrafındakı kanalizasiya sistemində problem yaranıb:

 

“Mövzu ilə bağlı dərhal Fövqəladə Hallar Nazirliyinə və su-kanal idarəsinə müraciət edilib. Qurumlar artıq müvafiq tədbirlər görməyə başlayıblar. Universitetin tədris korpuslarında heç bir problem yoxdur, hər şey normal vəziyyətdədir. Heç bir sıxıntımız yoxdur.

 

 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu