Modern.az

Şəhidlərdən qalan əmanət - Cəbrayıl Dövlətzadənin HƏDİYYƏSİ

Şəhidlərdən qalan əmanət - Cəbrayıl Dövlətzadənin HƏDİYYƏSİ

Ölkə

24 Oktyabr 2024, 11:34

Cəbrayıl Dövlətzadənin adı 44 günlük Vətən müharibəsi dövründə hamımızın yaddaşında general Polad Həşimovun qisasını alan əsgər kimi qalıb. O, müharibənin ilk günlərindən tanıdığımız qəhrəmana çevrildi, bizdən əbədi ayrılan cismi həm də bizi əbədi birləşdirdi.


44 gündə hər bir Azərbaycan ailəsi şəhidlərlə böyüdü. Cəbrayıl evindən çıxdı, müharibəyə getdi, öz evinə qayıtmadı, amma hamımızın evinə girdi, hamımızın ailə üzvünə çevrildi. Bizim ailəmiz də, ürəyimiz də böyüdü. Böyük ürəyimiz şəhidlərimizi daha yaxından tanımaq arzusu ilə alışıb-yandı...

Vətən müharibəsinin şəhidləri təkcə ailələrini geridə buraxıb getmədilər, onlardan müxtəlif əşyalar da yadigar qaldı. Görəsən Vətəni düşməndən azad etməklə bizə əmanət qoyan şəhidlərimizdən nələr yadigar qalıb? Onlardan qalan əşyanın mahiyyəti nədir?

Modern.az saytı şəhidlərimizlə bağlı yeni rubrikaya başlayır - "Şəhidlərdən qalan əmanət".


Cəbrayıl Dövlətzadədən qalan yadigar rubrikamızın ilk təqdimatıdır. 
 

Şəhid anası Məleykə Məmmədzadə Modern.az-a deyib ki, Cəbrayıl çox bacarıqlı idi, rəsm də çəkirdi, əl qabiliyyəti də çox yaxşı idi, hər şeyi bacarırdı. 




Cəbrayılın anası üçün hazırladığı xüsusi hədiyyəsi ailəsi üçün şəhidimizdən qalan ən böyük yadigara çevrilib...

Cəbrayıl bu hədiyyəni 2019-cu ilin noyabrında anası onun andiçmə mərasiminə gələndə verib. O, hədiyyəni əsgərlikdə olan müddətdə öz əlləri ilə hazırlayıb. Həmin vaxt anasının ad günündən, artıq bir müddət keçmişdi. 

Hədiyyə ağ daşdan ürək formasında hazırlanmış boyunbağı kolyesidir, daşın üzərində mələk qanadları təsvir olunub.

Şəhidin anası hədiyyə ilə bağlı xatirəsini bu sözlərlə bitirib:

“Hətta dedi ki, əsgərlikdən qayıdandan sonra boyunbağı da düzəldəcəm ki, bu kolyeni hər gün üstündə gəzdirəsən. Hələ də onun dediyi boyunbağını düzəltdirə bilmirəm, sözün açığı özümdə güc tapa bilmirəm, amma edəcəm”.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi