Modern.az

Əliyevlə Paşinyan nədən DANIŞDILAR…

Əliyevlə Paşinyan nədən DANIŞDILAR…

Ölkə

24 Oktyabr 2024, 14:33

Bu gün Kazan şəhərində keçirilən XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatlı iclası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında qısa  ünsiyyət olub.

Modern az saytı bir qədər əvvəl bu barədə xəbər vermişdi.

Rusiyanın TASS agentliyi də iki Cənubi Qafqaz ölkəsi lideri arasında söhbətə yer verib.

Agentliyin məlumatına görə, iclasda yanaşı əyləşən Azərbaycan və Ermənistan liderləri yaranmış fürsətdən istifadə edərək fikir mübadiləsi aparıblar.

“Çıxışlar başlayanda Paşinyan Əliyevə müraciət edib və sonra qısa fikir mübadiləsi aparılıb. Ardınca  onların söhbətinə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov qoşulub”, - deyə qeyd edən Agentlik bildirib ki, onların nə danışdıqları eşidilməyib.

"Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında “Outreach” / “BRICS+”  formatında keçirilən görüşdə söhbət ümumi müzakirələrə mane olmayıb".

Bunu TASS-a müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bu, ümumi praktikadır, dövlət başçıları ikitərəfli təmaslar üçün çoxtərəfli formatlardan istifadə edirlər”.

Xatırladaq ki, son iki həftə ərzində Ermənistan və Azərbaycan liderləri Rusiyada ikinci dəfədir ki, qeyri-rəsmi fikir mübadiləsi aparırlar.

Xatırladaq ki, oktyabrın 8-də MDB-nin Moskva sammitində Paşinyanla Əliyev arasında qısa söhbət olmuşdu.




 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi