Modern.az

Uşaq müəssisələrindəki valideyni olan azyaşlıların SAYI

Uşaq müəssisələrindəki valideyni olan azyaşlıların SAYI

Ölkə

25 Oktyabr 2024, 11:48

Azərbaycanda son dörd ildə 632 uşaq müəssisələrdən ailələrinə qaytarılıb. Onlardan 274-ü qız, 358-i oğlandır.

 

Hazırda valideyni olan neçə uşaq bu müəssisələrdə qalmağa davam edir?

 

Modern.az mövzu ilə bağlı Sosial Xidmətlər Agentliyi ilə əlaqə saxlayıb.

 

Qurumdan bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müəssisələrində hazırda 762 uşağa xidmət göstərilir:

 

“Onlardan 467 nəfəri uşaq evləri və ailə tipli kiçik qrup evlərində, bir hissəsi isə Agentliyin digər müəssisələrində yaşayırlar. Ümumilikdə, Agentliyin bütün müəssisələri üzrə xidmət göstərilən uşaqlardan 492 nəfəri valideyni olan uşaqlardır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI