Modern.az

Tuneldəki hadisənin ADY-nin infrastrukturu ilə əlaqəsi olmayıb - RƏSMİ

Tuneldəki hadisənin ADY-nin infrastrukturu ilə əlaqəsi olmayıb - RƏSMİ

Ölkə

25 Oktyabr 2024, 12:28

Bakıda “Komsomol dairəsi” kimi tanınan ərazidə yerləşən avtomobil keçidində nasos təsərrüfatının işlək vəziyyətdə olduğu təsdiqlənib.

 

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur departamentinin baş mühəndisi Əfqan İsrəfilov Modern.az-ın sorğusuna cavab olaraq bildirib.

 

O qeyd edib ki, ADY-nin İnfrastruktur departamentinin rəhbərliyi və mütəxəssisləri, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Sabunçu Rayon İcra Hakimiyyətinin rəhbərliyi və Sabunçu rayon prokurorluğu tərəfindən ərazidə birgə yoxlama aparılıb:

 

"Yoxlama nəticəsində bütün nasosların yağıntının gücləndiyi tarixdə və tuneli yağış suları basana qədər işlək vəziyyətdə olduğu və hazırda da işlədiyi qeydə alınıb. Tuneldə baş vermiş subasma hadisəsinin ADY-nin infrastrukturu ilə, həmçinin nasos təsərrüfatı ilə əlaqəsi olmayıb".

Bu xəbər ilə bağlı
Həmin tunelin tikintisində nöqsanlara yol verilib? - Mer "ola bilsin", şirkət "yox" deyir
Xəbəri oxu
Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI