Modern.az

Bəzi küçə və prospektlərdə maşınların hərəkət istiqaməti dəyişdirilir

Bəzi küçə və prospektlərdə maşınların hərəkət istiqaməti dəyişdirilir

Ölkə

26 Oktyabr 2024, 10:00

Oktyabrın 26-dan 27-nə keçən gecə saat 02:30-dan 05:30-dək Bakıda bir sıra küçə və prospektlərində avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.

Modern.az bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Bildirilib ki, buna səbəb BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) tədbirinə hazırlıq məqsədilə nəqliyyatın idarə edilməsi üzrə monitorinqlərin keçirilməsidir.

Heydər Əliyev Beynəlxalq Aeroportuna gedəcək vətəndaşlardan 8 Noyabr prospekti və Zığ Şosesi, həmçinin Novxanı, Zuğulba, Mərdəkan yolundan istifadə etmələri xahiş olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi