Modern.az

Fərhad Bədəlbəyliyə yeni vəzifə verildi

Fərhad Bədəlbəyliyə yeni vəzifə verildi

Ölkə

28 Oktyabr 2024, 12:26

Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətində dəyişiklik edilib.

 

Modern.az-ın məlumatına görə, Milli Ensiklopediyasının redaksiya heyətinə yeni üzvlər təyin edilib.

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, AMEA-nın həqiqi üzvü, Azərbaycanda Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov  redaksiya heyətinin üzvləri təyin olunub.

 

AMEA-nın akademik-katibi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun baş direktoru Arif Həşimov və AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun baş direktoru Kərim Şükürov də redaksiya heyətində təmsil olunacaqlar.

Bu xəbər ilə bağlı
Kamal Abdullaya yeni vəzifə verildi
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu