Modern.az

COP29 zamanı mağaza və restoranlar bağlanmayacaq - RƏSMİ

COP29 zamanı mağaza və restoranlar bağlanmayacaq - RƏSMİ

Ölkə

29 Oktyabr 2024, 16:12

COP29-la bağlı müxtəlif mağaza, restoran, gözəllik salonları və digər bu kimi iaşə obyektlərinin fəaliyyəti ilə bağlı hansısa məhdudiyyət nəzərdə tutulmayıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf məlumat verib.

 

O qeyd edib ki, bu səbəbdən onların iş rejimində hansısa dəyişikliyin olması gözlənilmir.

 

Ayan Nəcəfin sözlərinə görə, Bakıda İqlim fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitinin keçirildiyi 12-13 noyabr tarixlərində bəzi yollarda məhdudiyyətlər tətbiq olunacaq.

 

“Həmin tarixlərdə işə gedən vətəndaşları çətinlik yaşanmasın deyə, daha çox ictimai nəqliyyatdan, xüsusən, yeraltı nəqliyyatdan istifadə etməyə çağırırıq”, - Şura üzvü APA-ya açıqlamasında deyib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi