Modern.az

Naxçıvanda evlənənlərin yarısı boşanıb

Naxçıvanda evlənənlərin yarısı boşanıb

Ölkə

30 Oktyabr 2024, 08:04

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ötən ilin ilk doqquz ayı ərzində 418 boşanma, 1148 nikah qeydə alınıb.

 

Modern.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən AzərTac-a bildirilib ki, cari ilin həmin dövrü ərzində isə 567 boşanma və 1178 nikaha daxilolma halları qeydə alınıb.

 

Statistikaya əsasan qadınların daha çox 26-35 yaş, kişilərin 36-45 yaş aralığında boşanma üçün müraciət etdikləri müşahidə olunur. Nikaha daxil olmaq üçün isə qadınlar 18-25, kişilər daha çox 26-35 yaş aralığında müraciət edirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi