Modern.az

Vüqar Qurbanova yeni vəzifə VERİLDİ

Vüqar Qurbanova yeni vəzifə VERİLDİ

Ölkə

4 Noyabr 2024, 10:04

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının üzvləri sırasına daxil edilib.

Modern.az-ın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi”ndə dəyişiklik edib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Komissiyanın üzvləri sırasından çıxarılıb.

Qeyd edək ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi