Modern.az

Tehrandan Pezeşkianın Azərbaycana səfəri barədə AÇIQLAMA

Tehrandan Pezeşkianın Azərbaycana səfəri barədə AÇIQLAMA

4 Noyabr 2024, 23:15

Xəbər verdiyimiz kimi, İran Prezidenti Məsud Pezeşkian Bakıda keçiriləcək COP29 sammitində iştirak edəcək.

 

Modern.az-ın xəbərinə görə, İran Prezident Aparatının ictimaiyyətlə əlaqələr üzrə direktoru Həbibullah Abbasi məlumatı təsdiqləyib.

 

O qeyd edib ki, Məsud Pəzeşkian BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün gələn həftə Bakıya səfər edəcək. Abbasi bu barədə IRNA agentliyinə məlumat verib.

 

Xatırladaq ki, bu, Məsud Pezeşkianın İran Prezidenti seçilməsindən sonra Azərbaycana ilk səfəri olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi