Modern.az

Sabiq deputata yeni vəzifə VERİLDİ

Sabiq deputata yeni vəzifə VERİLDİ

Ölkə

6 Noyabr 2024, 15:21

Milli Məclisin V çağırış deputatı Elçin Quliyevə yeni vəzifə verilib.

 

Modern.az-ın məlumatına görə, o, Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının sədri təyin olunub.

 

Qeyd edək ki, bu vəzifəni əvvəllər Samir Vəliyev tutub. O, sentyabrın 1-də keçirilən parlament seçkilərində deputat seçildiyi üçün vəzifəsindən azad edilib.

 

Elçin Quliyev 1960-cı il sentyabrın 12-də Sabirabad şəhərində anadan olub. O, 2015-2020-ci illərdə Milli Məclisin deputatı olub. 

 

Məlumatı daha əvvəl "unikal" saytı yayıb. Qeyd olunur ki, Ramil Mirzəyev isə partiyanın Xətai rayon təşkilatının sədri vəzifəsinə təyin olunub.

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək