Modern.az

Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı qatarlarında pulsuz “Wi-Fi” xidməti aktivdir

Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı qatarlarında pulsuz “Wi-Fi” xidməti aktivdir

13 Noyabr 2024, 14:40

Artıq "Azərbaycan dəmir Yolları" QSC-nin (ADY) Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları ilə hərəkət edən bütün “Stadler” qatarlarında pulsuz “Wi-Fi” xidməti aktivdir.

 

ADY-dən Modern.az-a verilən məlumata görə, internet bağlantısı sərnişinlər üçün kommunikasiya əlçatanlığını, yazışmanı, onlayn axtarışı və digər xidmətləri təmin edir.

 

"Sərnişindaşıma xidmətinin keyfiyyətini innovativ həllərlə yüksəldən ADY həmçinin stansiya və vağzallarda mövcud olan “Wi-Fi” zonalarında internet bağlantısının keyfiyyətini yaxşılaşdırıb", - məlumatda qeyd olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!