Modern.az

Hərbçilərə mənzil verilməsinə 35 milyon manat ayrılacaq

Hərbçilərə mənzil verilməsinə 35 milyon manat ayrılacaq

Ölkə

18 Noyabr 2024, 11:14

Gələn il dövlət büdcəsindən 20 ildən çox xidmət keçmiş hərbi qulluqçuların mənzillə təmin olunması və digər zəruri xərclərin maliyyə təminatı ilə 35 milyon manat məbləğ nəzərdə tutulub.

Modern.az xəbər verir ki, bu barədə 2025-ci ilin dövlət büdcəsi zərfində qeyd olunub.

Bundan başqa sənəddə qeyd edilib ki, gələn il kirayəyə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara (ehtiyatda və istefada olan hərbi qulluqçular da nəzərə alınmaqla) ödənilən pul kompensasiyası üçün dövlət büdcəsindən 15 milyon manat məbləğ ayrılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi