Modern.az

Fazil Mustafadan partiyaların maliyyələşməsi ilə bağlı TƏKLİF

Fazil Mustafadan partiyaların maliyyələşməsi ilə bağlı TƏKLİF

Ölkə

20 Noyabr 2024, 12:00

Siyasi partiyaların maliyyələşməsində daha optimal yol tapılmalıdır.

 

Modern.az-ın məlumatına görə, bunu parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında 2025-ci ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.

 

F. Mustafa əlavə edib ki, siyasi partiyalara bölüşdürülən vəsaitin mexanizminə baxmaq lazımdır: “Çünki partiyaların sayı artıb. Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır. Bunun mexanizmini tapmaq lazımdır ki, vəsaitlərin partiyalar arasında bölüşdürülməsi narahatlıq doğurmasın”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır