Modern.az

Generalın oğluna vəzifə verildi - RƏSMİ (YENİLƏNİB)

Generalın oğluna vəzifə verildi - RƏSMİ (YENİLƏNİB)

Ölkə

21 Noyabr 2024, 12:56

Xəbər verdiyimiz kimi, Penitensiar Xidmətdə yeni təyinat olub.

 

Modern.az məsələni dəqiqləşdirmək üçün Penitensiar Xidmətlə əlaqə saxlayıb.

 

Qurumdan bildirilib ki, Penitensiar xidmətdə rəisin müşaviri vəzifəsi yoxdur:

 

“Rauf Qasımzadə Strateji planlaşdırma və Monitorinq İdarəsində Penitensiar xidmət rəisinin köməkçisi təyin olunub”, - açıqlamada qeyd olunub.

 

Rəşid Qarayev

***

12:28

Penitensiar Xidmətdə yeni təyinat olub.

Modern.az Manset.az-a istinadən xəbər verir ki, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov Əmr imzalayıb.

Əmrə əsasən, ədliyyə nazirinin sabiq müavini, general-mayor Aydın Qasımovun oğlu Rauf Qasımzadə Penitensiar Xidmətin rəisi general-mayor Mirsaleh Seyidovun müşaviri təyin edilib.

R.Qasımzadə daha əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində çalışıb.

Qeyd edək ki, A.Qasımov uzun illər ədliyyə orqanlarında yüksək vəzifələrdə - Penitensiar Xidmətin rəisi, Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi kimi fəaliyyət göstərib.

1397374

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü