Modern.az

Bakıda yeni bulvar SALINACAQ

Bakıda yeni bulvar SALINACAQ

Ölkə

21 Noyabr 2024, 19:15

Zığ gölünün ətrafında bulvar salınacaq.

 

Modern.az-ın məlumatına görə, bulvar salındıqdan sonra 106 hektar ərazisi olan Zığ gölünün ərazisi 40 hektara qədər kiçiləcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov İctimai televiziyaya açıqlamasında bildirib ki, Zığ gölü ilə bağlı təkliflər mövcuddur:

 

“Gölün suyunun, sovetdən qalan dib çöküntülərinin təmizlənməsi nəzərdə tutulur. Eyni zamanda bərpa sisteminin qurulması və gölün su balansının təmin edilməsi üçün təmizləyici qurğuların quraşdırılması və gölə gələn və çıxan su axınlarının tənzimlənməsinin təmini nəzərdə tutulur”- F.Mütəllimov qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi