Modern.az

Bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ

Bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ

Ölkə

23 Noyabr 2024, 16:02

Milli Hidrometeorologiya Xidməti noyabrın 24-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Modern.az xəbər verir ki, bu barədə Xidmət məlumat yayıb.

Bildirilib ki, Kəlbəcər, Qobustan, Hacıqabul, Salyan, Neftçala, Gədəbəy, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Şəmkir, Quba, Xızıda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Xaçmaz, Şabran, Siyəzən, Qusarda isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu