Modern.az

Vasif Talıbovun oğlunun rəhbəri olduğu federasiya LƏĞV EDİLDİ

Vasif Talıbovun oğlunun rəhbəri olduğu federasiya LƏĞV EDİLDİ

Ölkə

26 Noyabr 2024, 09:18

Naxçıvan Muxtar Respublikasının Şahmat Federasiyası fəaliyyətini dayandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Federasiyanın sosial media hesabında bildirilib.

 

Qeyd olunub ki, federasiya 2002-ci ildə qurulub və bu dövr ərzində Naxçıvanda titullu şahmatçılar, Avropa çempionları və mükafatçıları, dəfələrlə Azərbaycan çempionları, bir çox beynəlxalq şahmat turnirlərinin qalibi olmuş şahmatçılar yetişib.

 

Qeyd edək ki, federasiyaya Naxçıvan MR-in Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbov rəhbərlik edirdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi