Modern.az

“Tağı Əhmədovun yerində mən olsaydım, ANS-i məhkəməyə verərdim”

“Tağı Əhmədovun yerində mən olsaydım, ANS-i məhkəməyə verərdim”

Ölkə

27 Dekabr 2013, 14:35

Bakı Metropoliteninin rəhbərliyi ilə ANS telekanalı arasında  kəskin münasibətlərdə dönüş yaranması ehtimalı var. Özəl bilgilərə görə, telekanal metropoliten rəisi Tağı Əhmədovla barışıq yönündə addımlar atır. Yeni il ərəfəsində küsülülərin razılığa gəlməsi barədə şayiələrə ANS-dən cavab gəldi.

Modern.az-a açıqlamada telekanalının baş redaktoru Qənirə Ataşova “Küsməmişik ki, barışaq” dedi.

“ANS heç kəsə qarşı qərəz göstərməyib. Sadəcə mətbuatda, cəmiyyətdə olanları göstəmişik. Bakı Metropoliteni dövlətin strukturlarıdır, vəzifəsi də mediaya məlumat verməkdir. ANS olaraq başqa tələbimiz yoxdur.”

Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva isə Modern.az-a bildirib: “ANS-dən elə bu gün Qənirə Ataşova zəng eləmişdi. Tağı Əhmədov çox humanist adamdır. Onun yerində mən olsaydım, ANS telekanalını məhkəməyə verərdim”. 

Gülşən Raufqızı    
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi