Modern.az

Naxçıvanda bu qurumun sədri işdən çıxarıldı - Yeni TƏYİNAT

Naxçıvanda bu qurumun sədri işdən çıxarıldı - Yeni TƏYİNAT

26 Noyabr 2024, 23:13

Naxçıvan şəhəri 4 saylı dairə seçki komissiyasının sədri Çingiz Həsənli vəzifəsindən azad edilib.

 

Modern.az-ın məlumatına görə, o, komissiyasının üzvlüyündən çıxarılıb. 

 

Qərar Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qəbul edilib. Onun əvəzinə Ramil Sadiqov təyin edilib.

 

Qeyd edək ki, Çingiz Həsənli bir müddət əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü seçilib. O, hazırda Naxçıvan Mərkəzi Seçki Komissiyasının sədridir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü