Modern.az

Vəzifəli şəxsin ölkədən çıxışına qadağa qoyula bilər

Vəzifəli şəxsin ölkədən çıxışına qadağa qoyula bilər

Ölkə

28 Noyabr 2024, 16:52

Gəncə şəhər İcra Hakimiyyəti başçısının Hacıkənd qəsəbə üzrə nümayəndəsi Hüseynov Hümbət Əmirvar oğlunun ölkədən çıxışına qadağa qoyulması üçün məhkəmətə müraciət edilib.

Modern.az-ın məlumatına görə, şikayətçi tərəf İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı baş İdarəsidir.

Qeyd edək ki, işə aşağı instansiya Gəncə Şəhər Məhkəməsində baxılıb. İddia təmin edilməyib. Bundan sonra sözügedən qurum Gəncə Apellyasiya Məhkəməsinə müraciət edib.

İş Gəncə Apellyasiya Məhkəməsində hakim Loğman Süleymanovun sədrlik etdiyi heyətin icraatına verilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum