Modern.az

Yeni ildə 7 gün ardıcıl iş OLMAYACAQ

Yeni ildə 7 gün ardıcıl iş OLMAYACAQ

Ölkə

28 Noyabr 2024, 12:00

İş və istirahət günlərinin yerləri dəyişdirilib.

Modern.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.

Beləliklə, 28 və 29 dekabr tarixləri şənbə və bazar günü olsa da, iş günü hesab ediləcək. 30, 31 dekabr, 1,2,3 yanvar tarixləri bayran günləri hesab ediləcək. 4 və 5 yanvar tarixləri şənbə və bazar günləri olduğu üçün Yeni il bayramında 7 gün iş olmayacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi