Modern.az

Azərbaycanda işsizlərin sayı 6%-dən yuxarı deyil - Komitə sədri

Azərbaycanda işsizlərin sayı 6%-dən yuxarı deyil - Komitə sədri

Ölkə

28 Noyabr 2024, 12:04

“İşsizliklə bağlı söhbət qaldırıldı. Azərbaycanda rəsmi işsizlik 6%-dən yuxarı deyil”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri, deputat Musa Quliyev deyib.

Komitə sədrinin sözlərinə görə, ola bilsin ki, bu göstərici pandemiya dövründə bir qədər yüksəlmişdi, amma hazırda 5-6% arasında dəyişir: "Bu, dünyada yaxşı göstəricilərdən sayılır. Amma bizim də seçicilərimiz bu barədə bizə müraciət edir. Biz də məşğulluq xidməti ilə əlaqə saxlayırıq, iş yerləri var, heç vaxt demirlər ki, iş yeri yoxdur. O iş yerinə ya həmin ixtisas uyğun gəlmir, ya maaş vətəndaşı qanı etmir, ya da başqa səbəblər olur. Kənd yerində böyük bir sənaye obyekti qurmayacaqsan ki? Fermer təsərrüfatı, bağı, bostanı, mal-heyvanı var. Kəndin ənənəvi məşğulluq sahəsi budur. Təzədən orada onun arzu etdiyi iş yerini açmaq heç bir ölkənin siyasətində yoxdur. Buna görə də iş yerləri ilə bağlı vətəndaşlarımızı maarifləndirmək lazımdır".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İran darmadağın edilir - Xamenei hədəf alındı