Modern.az

Bakı metrosunda problem: sərnişinlər düşürüldü - YENİLƏNİB

Bakı metrosunda problem: sərnişinlər düşürüldü - YENİLƏNİB

4 Dekabr 2024, 19:14

Xəbər verdiyimiz kimi, Bakı metrosunda “yaşıl xətt” - “Əhmədli-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatar “28 may” stansiyasında ikən maşinist nasazlıq ehtimalı ilə qatara sərnişinsiz baxış keçirilməsini tələb edib və sərnişinlər "28 May" stansiyasında qatardan düşürülüb.

 

Metropolitendən Modern.az-a verilən məlumata görə, yaranmış vəziyyətdə sərnişin sıxlığı səbəbilə platformaların ifrat həddə yüklənməsinə yol verməmək məqsədilə zəruri tədbirlər görülür.

 

Hazırda "28 May" və " Elmlər Akademiyası" stansiyalarında tənzimlənmə və təhlükəsizlik tələblərinin təmin olunması üçün girişlərdə nəzarət-buraxılış tədbirləri gücləndirilib.

 

***

18:44

Bakı metrosunda yenidən gecikmə yaşanıb.

 

Modern.az-ın məlumatına görə, metronun "İçərişəhər" stansiyasına 10 dəqiqəyə yaxın qatar gəlməyib.

 

Qatarın gecikməsi sərnişin sıxlığına səbəb olub.

 

“Bakı Metropoliteni” QSC-dən bildirilib k, Bakı metrosunda “yaşıl xətt” - “Əhmədli-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatar “28 may” stansiyasında ikən maşinist nasazlıq ehtimalı ilə qatara sərnişinsiz baxış keçirilməsini tələb edib. Bu səbəbdən “28 may” stansiyasında sərnişinlər düşürülüb.

 

“Qatar xəttə ikən qatara baxış keçiriləcək. Digər əlavə məlumatları təqdim edəcəyik”, - deyə məlumatda vurğulanıb. 

 

Qeyd edək ki, bu gün səhər saatlarında da metroda gecikmə yaşanıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi