Modern.az

Yüzlərlə təqaüdçünü aldadan qadın hakim qarşısına çıxarılır - FOTO

Yüzlərlə təqaüdçünü aldadan qadın hakim qarşısına çıxarılır - FOTO

Ölkə

5 Dekabr 2024, 09:44

Azərbaycanda 100-dən artıq vətəndaşın hesabında olan müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Nuranə Məmmədovanın işi üzrə ibtidai istintaq yekunlaşıb.

Modern.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar araşdırılması üçün Xətai rayon Məhkəməsinə göndərilib.

İşə hakim Aygün Həsənovanın sədrliyi ilə baxılacaq.

Sözügedən şəxs barəsində Cinayət Məcəlləsinin 177.2.3-1-ci (elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Cinayət işində 60-dan çox şəxs zərərçəkmiş kimi tanınıb.

Xatırladaq ki, bu ilin iyununda ölkə ərazisində əsasən təqaüd kartlarından pul vəsaitlərinin naməlum şəraitdə oğurlandığı barədə polis orqanlarına vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər əsasında əməliyyat-texniki tədbirlər keçirilib. Nəticədə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Nuranə Məmmədova saxlanılıb. Faktlarla bağlı cinayət işi başlanılıb, N.Məmmədova barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

1400845

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi