Modern.az

Ceyhun Bayramov Aİ-nin ali nümayəndəsi ilə regionu müzakirə etdi

Ceyhun Bayramov Aİ-nin ali nümayəndəsi ilə regionu müzakirə etdi

5 Dekabr 2024, 12:08

ATƏT-in Maltada keçirilən nazirlər konfransı çərçivəsində Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kalas Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

Modern.az xəbər verir ki, bu barədə Kalas "X" səhifəsində yazıb.

“Bu gün mənim Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ilk görüşüm oldu. Biz Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı və Azərbaycanla Ermənistan arasında nizamlanma prosesini müzakirə etdik. Mən regionda sabit sülhün bərqərar olmasına yönəlmiş bütün səyləri dəstəkləməyə hazıram", - diplomat qeyd edib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?