Modern.az

Əmək müqavilələrinin sayı açıqlandı

Əmək müqavilələrinin sayı açıqlandı

Ölkə

9 Dekabr 2024, 14:45

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 482 194 vahid artıb və bu il dekabrın 1-nə 1 884 109 olub.

Modern.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 450 212 vahid artaraq 990 134 təşkil edib.

"Təşviq əsaslı vergi siyasətinin əmək bazarına müsbət təsirləri davam edir", - deyə məlumatda qeyd olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək