Modern.az

Mirqiyas Kazımov məhkəməyə ÜZ TUTDU

Mirqiyas Kazımov məhkəməyə ÜZ TUTDU

Ölkə

9 Dekabr 2024, 17:11

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzdində "Xüsusi Təyinatlı Yol İstismarı" MMC-nin direktoru Mirqiyas Kazımov məhkəməyə müraciət edib.

Modern.az-ın məlumatına görə, buna səbəb Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin qərarından şikayət etməsi olub.

Belə ki, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Mirqiyas Kazımov barədə İnzibati Xətalar Məcəlləsinin 555.1-ci (istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

M. Kazımov qərardan şikayət edərək Xızı rayon Məhkəməsinə müraciət edib. İşə hakim İlqar Cabbarovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, sözügedən maddə üzrə min manatdan min beş yüz manatadək məbləğdə cərimə tətbiq edilir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Azərbaycana şok MESAJ