Modern.az

Bazarın ən çirklənmiş satış sektoru ətriyyatdır - Eyyub Hüseynov

Bazarın ən çirklənmiş satış sektoru ətriyyatdır - Eyyub Hüseynov

Ölkə

14 Dekabr 2024, 14:36

Bakının əksər yerlərində qramla ətirlərin satışı ilə məşğul olan köşklərə rast gəlinir. Qramı 50 qəpik, 1 manat olan ətirlər nə dərəcədə keyfiyyətlidir?

Mövzu ilə Modern.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, ümumiyyətlə ətir və parfümeriya bazarı ən çirklənmiş sektorlardan biridir:

“Bu çirklənməyə səbəb parfümeriya malları və ətirlər alındıqdan sonra istehlakçının tələbini ödəmirsə qaytarılmayan və dəyişdirilməyən mallar siyahısında olmasıdır. Ölkədə istehlakçı hüquqları haqqında qanun çox zəif olduğundan və onu yerinə yetirən orqanın demək olar ki, işləmədiyindən parfümeriya və ətir bazarı bu qədər çirklənib”.

E.Hüseynov qeyd edib ki, qramla satılan ətirlərin insanların sağlamlığında hansı izləri qoyduğunu analiz edən yoxdur:

“Əslində bu ətirlər insanlara zərər vura, dərilərində naməlum xəstəliklər əmələ gətirə bilər. Azad bazar iqtisadiyyatıdır, dövlət biznes qurmaq istəyənlərə son dərəcə rahat şərait yaradıb. Kim nə istəsə sata bilər. Hətta şəxs istəsə, it əti satdığını bildirərək onu da sata bilər. Belə bir şəraitdə qramla satılan ətirlər də olacaqdır. İstehlakçıları belə ətirlərdən uzaq olmağa çağırıram”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!