Modern.az

Vüqar Qurbanov yeni baş həkim TƏYİN ETDİ - FOTO

Vüqar Qurbanov yeni baş həkim TƏYİN ETDİ - FOTO

11 Dekabr 2024, 12:05

Sabunçu Tibb Mərkəzinin tabeliyindəki Maştağa Xəstəxanasına yeni baş həkim təyin edilib.

Modern.az-ın məlumatına görə, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

Əmrə əsasən, Namiq Nəbiyev sözügedən vəzifəyə gətirilib.

Məlumata görə, Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova bu gün xəstəxanaya gedib və yeni baş həkimi kollektivə təqdim edib.

Qeyd edək ki, Namiq Nəbiyev uzun illər Sabunçu Tibb Mərkəzinin Yoluxucu şöbəsinin müdiri, həkim-infeksionist kimi fəaliyyət göstərib.

1402422

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır