Modern.az

Ofeliya Sənaninin son durumu AÇIQLANDI

Ofeliya Sənaninin son durumu AÇIQLANDI

Ölkə

17 Dekabr 2024, 10:00

Tanınmış diktor, Xalq artisti Ofeliya Sənani xəstəxanaya yerləşdirilib. Məlumata görə, Ofeliya Sənaninin ani olaraq qan təzyiqi qalxıb.

Modern.az Xalq artistinin son durumunu öyrənmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə əlaqə saxlayıb.

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 16 dekabr 2024-cü il tarixində, gecə saat 01:30-da, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Nəsimi rayonu ərazisindən çağırış daxil olub:

“Çağırış əsasında 83 yaşlı Xalq artisti Ofeliya Sənani ağciyər ödəmi diaqnozu ilə Xətai Tibb Mərkəzinə təxliyə edilib.Xəstə kəskin ürək çatışmazlığı, aritmiya və yüksək qan təzyiqi diaqnozları ilə Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda müvafiq müalicələr nəticəsində Ofeliya Sənaninin vəziyyəti stabildir”.

Verilən məlumata görə, xəstənin bir neçə gün reanimasiyada saxlanılması və sonradan palataya köçürülməsi planlaşdırılır.

Xatırladaq ki, aylar öncə də Xalq artisti infarkt keçirmiş və xəstəxanaya yerləşdirilmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI