Yaşar Teymur oğlu Əliyev Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.
Modern.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Digər sərəncamla Tofiq Musayev Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi təyin edilib.
Yaşar Əliyev isə Azərbaycanın Çexiyadakı səfiri təyin edilib.
Qeyd edək ki, Yaşar Əliyev 1992-ci ildən Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyində çalışıb. 2002-ci ilin martından isə nümayəndəliyə rəhbərlik edib.
O, daha əvvəl Azərbaycan Respublikasının Kubadakı fövqəladə və səlahiyyətli səfiri olub. 2006-cı ildə Azərbaycan Respublikasının ABŞ-də fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib və 2011-ci ilin oktyabr ayına qədər səfir işləyib.