Modern.az

BMT-dəki yeni daimi nümayəndəmiz: Eks-merin oğlu, məşhur şahmatçının əri - DOSYE

BMT-dəki yeni daimi nümayəndəmiz: Eks-merin oğlu, məşhur şahmatçının əri - DOSYE

20 Dekabr 2024, 16:37

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Tofiq Fuad oğlu Musayev Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi təyin edilib.

Modern.az saytının məlumatına görə, Tofiq Musayev Bakı şəhərinin keçmiş meri, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) ilk prezidenti mərhum Fuad Musayevin oğludur.

Tofiq Fuad oğlu Musayev bakalavr təhsilni hüquqşünaslıq ixtisası üzrə alıb.
2003 - 2004-cü illərdə Böyük Britaniyanın tanınmış Esseks Universitetində magistr təhsilinə yiyələnib. O, 2004 - 2008-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2008-ci ilin sentyabrından isə Azərbaycan Respublikasının BMT-dəki Daimi Nümayəndəliyinə təyinat alan Tofiq Musayev daimi nümayəndənin müavini vəzifəsini tutub.

Yeri gəlmişkən, Tofiq Musayevin həyat yoldaşı bir vaxtlar Azərbaycanın məşhur şahmatçısı olmuş beynəlxalq qrossmeyster Firuzə Vəlixanlıdır. Onların 3 övladı var: 2 oğlan və 1 qız: Ənvər, Fuad və Kamilla. Cütlük uşaqların ortancılına babası Fuad Musayevin şərəfinə Fuad adı verib.

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?