Modern.az

İlham Əliyev Almaniya Prezidentinə başsağlığı verdi

İlham Əliyev Almaniya Prezidentinə başsağlığı verdi

21 Dekabr 2024, 10:11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniyanın Maqdeburq şəhərində baş vermiş faciəli hadisə ilə əlaqədar Prezident Frank-Valter Ştaynmayerə başsağlığı verib.

Modern.az xəbər verir ki, dövlətimizin başçısı başsağlığı məktubunda qeyd edib:

“Maqdeburq şəhərindəki Milad yarmarkasında baş vermiş faciəli hadisə nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı”.

Dövlətimizin başçısı faciə ilə əlaqədar Frank-Valter Ştaynmayerə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Almaniya xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi