Modern.az

Deputat Mahir Süleymanlı Şabranda vətəndaşları qəbul edib

Deputat Mahir Süleymanlı Şabranda vətəndaşları qəbul edib

Ölkə

21 Dekabr 2024, 15:09

Parlamentin deputatı Mahir Süleymanlı Şabran rayonunun Ağalıq kəndində növbəti vətəndaş qəbulu keçirib. 

 

Modern.az xəbər verir ki, görüş zamanı kənd sakinlərinin su, qaz təchizatı, eləcə də məşğulluq və işsizliklə bağlı bəzi problemləri dinlənilib.

 

Səsləndirilən məsələlərin bir qismi yerindəcə həll edilib, digərləri isə qeydə alınaraq aidiyyəti üzrə yönləndirilib. 

 

Görüş zamanı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ailələrinə, qazilərimizə, vətəndaşlarımıza göstərdiyi diqqət və qayğı xüsusi vurğulanıb. 

 

Vətəndaşlarımız göstərilən diqqət və qayğıya görə dövlətimizin rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?