Modern.az

Qəzanın səbəbləri bizə bəlli deyil - Prezident 

Qəzanın səbəbləri bizə bəlli deyil - Prezident 

Ölkə

25 Dekabr 2024, 16:26

Bakı-Qroznı marşrutu ilə hərəkət edən AZAL şirkətinə məxsus təyyarə havanın pisləşməsi ucbatından istiqamətini dəyişmiş və Aktau hava limanına tərəf uçmağa başlamış, eniş zamanı qəza baş vermişdir.

Modern.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı keçirdiyi müşavirədə deyib.

Dövlətimizin başçısı, həmçinin bildirib: “Mediada, sosial şəbəkələrdə təyyarənin qəzaya uğraması anları mövcuddur. Ona görə onu hər kəs görə bilər. Ancaq qəzanın səbəbləri bizə bəlli deyil. Müxtəlif versiyalar var. Hesab edirəm ki, hələ bu barədə danışmaq tezdir. Məsələ tam araşdırılmalıdır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi