Modern.az

"Hər şey yaxşı olacaq" deyən Hökumənin atası DANIŞDI - VİDEO

"Hər şey yaxşı olacaq" deyən Hökumənin atası DANIŞDI - VİDEO

Ölkə

25 Dekabr 2024, 22:21

Qazaxıstanda qəzaya uğrayan AZAL-a məxsus təyyarədə 5 ekipaj üzvü olub. 

 

Modern.az xəbər verir ki, onlardan biri qəzadan əvvəl sərnişinləri sakitləşdirməyə çalışan və "Hər şey yaxşı olacaq" deyən stüardessa - 1991-ci il təvəllüdlü Hökumə Əliyevadır.

 

O, BDU-nun Hüquq fakültəsinin magistratura pilləsini bitirib, ailəlidir, övladı yoxdur. 2016-cı ildən stüardessa kimi çalışır.

 

Gəncə şəhər sakini olan Hökumənin adı sağ qalanlar arasında qeydə alınmayıb.

 

Atası onun vəfat etdiyini bildirib.

 

 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI