Modern.az

Mərdəkandakı qətllə bağlı məhkəmə başlayır

Mərdəkandakı qətllə bağlı məhkəmə başlayır

26 Dekabr 2024, 11:19

Mərdəkanda 52 yaşlı Xudaverdiyev Amin Cabbar oğlunu tüfənglə qətlə yetirməkdə təqsirləndirilən Abdullazadə Ruhulla Cavanşir oğlunun işi üzrə ibtidai istintaq yekunlaşıb.

Modern.az-ın məlumatınaa görə, toplanan materiallar araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İşə Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi heyət tərəfindən baxılacaq.

Qeyd edək ki, avqustun 7-də saat 20:00 radələrində Xəzər rayonu Mərdəkan qəsəbəsində 1972-ci il təvəllüdlü Xudaverdiyev Amin Cabbar oğulunun ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilib.

 

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi