Modern.az

Təyyarə qəzasında həlak olan Ramin də stüard işləyirmiş - FOTO

Təyyarə qəzasında həlak olan Ramin də stüard işləyirmiş - FOTO

Ölkə

26 Dekabr 2024, 12:10

Qazaxıstanın Aktau şəhərində Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlardan biri də Ramin Ağayevdir.

Modern.az-ın məlumatına görə, o, Rusiya vətəndaşı olub və Moskvada yaşayıb.

28 yaşlı Ramin Ağayev Kirovda yerləşən Vyatka Dövlət Universitetində jurnalistika oxuyub. O, Ural Hava Yollarında stüard işləyirmiş. 

Ramin dekabrın 24-də altı yaşlı qardaşı oğlunu nənəsinin yanına aparmaq üçün Bakıya uçub. Dekabrın 25-də Qroznıya uçmalı, oradan da Moskvaya getməli idi.

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

Təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Qazaxıstan tərəfi bildirib ki, təyyarədə olan sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü həyatını itirib.

1406326

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI