Modern.az

Azərbaycan qəza ilə bağlı bu təklifdən İMTİNA ETDİ

Azərbaycan qəza ilə bağlı bu təklifdən İMTİNA ETDİ

Ölkə

27 Dekabr 2024, 11:58

Qəzadan sonra Rusiya və Qazaxıstan hadisənin MDB-nin Dövlətlərarası Aviasiya Komitəsi (Dövlətlərarası Aviasiya Komitəsi 1991-ci ilin dekabrında 12 yeni müstəqil dövlət arasında Mülki aviasiya və hava məkanından istifadə haqqında dövlətlərarası saziş əsasında yaradılıb) tərəfindən araşdırılmasını təklif edib.

Modern.az xəbər verir ki, bu barədə APA hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Azərbaycan bu təklifdən imtina edib.

Rəsmi Bakı hadisənin beynəlxalq ekspertlər və “Embraer” mütəxəssislərindən ibarət qrup tərəfindən araşdırılmasını tələb edir.

Azərbaycan hesab edir ki, “Qara qutu”ların oxunması da bu qrup tərəfindən təmin olunmalıdır.

Qeyd edək ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.

Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi