Modern.az

Zelenskidən Azərbaycana başsağlığı, Rusiyaya İTTİHAM

Zelenskidən Azərbaycana başsağlığı, Rusiyaya İTTİHAM

Ölkə

27 Dekabr 2024, 21:09

Ukrayna Prezidenti Volodimir Zelenski Qazaxıstanda AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verib.

 

Modern.az xəbər verir ki, Zelenski bu barədə “X” hesabında yazıb.

 

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin dəhşətli qəzası ilə bağlı daha çox təfərrüatlar məlum olur. Prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verirəm.

Hər bir insan həyatı qiymətlidir və hər bir itki həqiqəti müəyyən etmək üçün hərtərəfli araşdırmaya layiqdir.

Qəza yerindəki aydın əyani sübut Rusiyanın bu faciəyə görə məsuliyyət daşıdığını göstərir. Əgər Rusiya yalan yaymağı seçərsə, biz həqiqəti bərqərar etmək və ədaləti təmin etmək üçün Moskvaya bütün beynəlxalq təzyiqləri birləşdirməliyik” - Zelenski qeyd edib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi