Dekabrın 29-da “Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarənin Aktauda qəzaya uğraması nəticəsində həlak olan 22 yaşlı Əli Əlimirzəyev Qusarın Suduroba kənd qəbiristanlığında dəfn olunub.
Modern.az xəbər verir ki, dəfn mərasimində Qusar Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin nümayəndələri, kənd sakinləri və mərhumun yaxınları iştirak ediblər.
Təyyarə qəzasında Əlinin 19 yaşlı bacısı Xədicə də həyatını itirib. Xədicə Əlimirzəyeva dekabrın 25-də Suduroba kənd qəbiristanlığında torpağa tapşırılıb.
***
11:03
AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan Suduroba kənd sakinləri - bacı-qardaş, 2002-ci il təvəllüdlü Əli Mirzəbəy oğlu və 2005-ci il təvəllüdlü Xədicə Mirzəbəy qızı Əlimirzəyevlərin dəfn mərasimi keçiriləcək.
Modern.az-ın məlumatına görə, bacı-qardaşın cənazələri Qusar rayonuna çatdırılıb.
Dəfn mərasimi bu gün saat 12-də baş tutacaq.
Qeyd edək ki, gənclərin ata və anası da vəfat edib.