Həkimlər aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib, süni tənəffüs aparatına qoşulub.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova APA-ya bildirib.
O qeyd edib ki, hazırda aktyorun vəziyyəti kritik ağır olaraq qalmaqdadır: “Xəstənin bir müddət öncə ürək fəaliyyəti dayanıb. Həkimlərin səyi nəticəsində ürək fəaliyyəti bərpa olunub. Xəstə süni tənəffüs aparatına qoşulub. Vəziyyəti həddən artıq ağır kritik olaraq qalır”.
***
Aktyor Azər Baxşəliyev vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə ATU-nun Mətbuat katibi Günel Aslanova məlumat verib.
"Azər Baxşəliyev dünən koma vəziyyətində xəstəxanaya daxil olub. O, bu gün günorta saatlarında vəfat edib. Daha əvvəl isə böyrək çatışmazlığından əziyyət çəkib və bununla bağlı əməliyyat olunub", - o qeyd edib.
***
16:40
Vəfat xəbəri yayılan aktyor Azər Baxşəliyev koma vəziyyətində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Modern.az xəbər verir ki, ATU-nun mətbuat katibi Günel Aslanova “Report” bildirib ki, aktyor ötən gecə ağır vəziyyətdə tibb müəssisəsinə gətirilib.
O qeyd edib ki, A.Baxşəliyev gətirilərkən koma vəziyyətində olub və dərhal Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır, aparata qoşulub.
****
15:46
Aktyor Azər Baxşəliyev vəfat edib.
Modern.az xəbər verir ki, aktyor böyrək çatışmazlığından əziyyət çəkirdi. O, uzun müddətdir böyrəkköçürmə əməliyyatı üçün donor axtarırdı.
Azər Baxşəliyev “Bozbash pictures”də “Ağsaqqal” obrazı ilə sevilirdi.