Modern.az

Yağmursuz, 3 dərəcə isti... - Faktiki hava

Yağmursuz, 3 dərəcə isti... - Faktiki hava

Ölkə

10 Yanvar 2025, 10:42

Yanvarın 10-u saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata əsasən, yanvarın 10-u saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib.

Naxçıvan, Culfa, Naftalan, Şəmkir, Yevlax, Kürdəmir, Cəfərxan, Zərdabda duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi