Modern.az

Los-Ancelesdəki Baş Konsulluğumuz nə vaxt bərpa olunacaq? - Nazir açıqladı

Los-Ancelesdəki Baş Konsulluğumuz nə vaxt bərpa olunacaq? - Nazir açıqladı

Ölkə

20 Yanvar 2025, 12:59

"Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun fəaliyyəti ilk fürsətdə bərpa oluncaq".

Modern.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, baş konsulluq ABŞ-nin Kaliforniya ştatında baş verən yanğına görə fəaliyyət göstərdiyi binadan köçüb:

"Diplomatik qurumumuzun fəaliyyəti dayandırılmayıb, hazırda uzaqdan işini davam etdirir. Los-Ancelesdəki fəaliyyət ilk fürsətdə bərpa olunacaq".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI