Modern.az

Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Ölkə

22 Yanvar 2025, 11:28

Bakıda və Abşeron yarımadasında yanvarın 22-i axşamdan 23-ü səhərədək arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimal olunur.

Azərbaycanın bəzi rayonlarında yanvarın 23-də hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Əsasən şərq rayonlarında isə yağıntının qısamüddətli intensivləşəcəyi, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi